"Azərsun"un pomidorlarını Rusiya məhv edir,ölkədə isə istifadə edilir-

"Azərsun"un pomidorlarını Rusiya məhv edir,ölkədə isə istifadə edilir- Reallıq...

Ötən həftə Rusiyanın Tomsk şəhərində Azərbaycandan ixrac edilən pomidorlarda ilk dəfə çox təhlükəli Cənubi Amerika pomidor güvəsi adlı zərərverici aşkarlanıb.

Hansı ki, Cənubi Amerika pomidor güvəsi ən təhlükəli zərərvericilərdən biridir və ona qarşı yüz faiz effektli mübarizə vasitəsi yoxdur. Hətta kimyəvi pereparatlardan istifadə də bu zərərvericiləri tam məhv etmir.

Bu haqda “Rosselxoznadzor”un regional idarəsi məlumat yayıb.

“Tomsk vilayəti üzrə “Rosselxoznadzor”un regional idarəsi Azərbaycandan daxil olan qarantin altındakı yükə-təzə “çerri” pomidorlarına baxış zamanı təhlükəli qarantin obyekti-Cənubi Amerika pomidor güvəsi aşkarlanıb”-məlumatda deyilir.

Əlavə edilir ki, həmin məhsulun yoxlanılması zamanı təhlükəli zərərvericinin həyat qabiliyyətli süfrələri də aşkarlanıb.120 kiloqram pomidor Tomas gömrüyünün əməkdaşları və yükün daxil olduğ “EvroLogistik” MMC şirkətinin nümayəndələrinin iştirakı ilə bərk məişət tullantıları poliqonunda məhv edilib.

Məlumatda deyilir ki, həmin pomidorun qida kimi istifadə edilməsi mümkün deyil, təhlükəlidir.

“Rosselxoznadzor” təhlükəli zərərvericilərin aşkarlandığı pomidorların məhv edilməsinə dair görüntüləri də yayıb. Belə məlum olur ki, həmin məhsul Azərbaycanda “Gözəl Təbiət” MMC adlı müəssisənin “Green Tech” istixanalarında istehsal olunub.

Qeyd edək ki, “Gözəl Təbiət” MMC Azərbaycanın iri kənd təsərrüfatı və ərzaq istehsalçısı “Azərsun Holding”in tərkibinə daxildir. Bu baxımdan, ölkəmizdə ən nəhəng qida təminatı şirkətlərindən biri olan “Azərsun Holding”in fəaliyyəti vətəndaşlarımız arasında ciddi narahatçılığa səbəb olub. Belə iddialar var ki, xarici bazara çıxardığı “ən keyfiyyətli” məhsulu insan sağlamlığı üçün bu qədər zərərlidirsə, ölkədə satılan malların keyfiyyətindən danışmaq yersiz olar.

Redaksiyamıza müraciət edən vətəndaşlarımızın bu haqlı narazılığından sonra “Hürriyyət” olaraq “Azərsun Holding” şirkətinin istehsal etdiyi məhsullar və onların keyfiyyəti ilə bağlı geniş araşdırmalara başlamışıq. Yaxın günlərdə bu haqda oxucularımıza ətraflı məlumat verəcəyik.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər