Baba Rzayevə çağırış - Mingəcevir İES-də baş verənlərdən nəticə çıxarılmalıdır
Bu yaxınlarda Mingəcevir İES-də baş verən qəzanın əsəs səbəblərindən biri də normal kadr seçiminin olmaması ilə bağlıdır.
Bu fikirlər Faktinfo.az-ın elektron poçtuna göndərilən məktubdandır. Məktub müəllifi Vüqar Həsənov iddia edir ki, bənzər təhlükə "Azərişıq" ASC- ni də gözləyir.Səbəb kimi Baba Rzayevin Bakı və regionlarda kadr seçimini düzgün aparmaması göstərilir. Belə ki, polis,zootexnik,baytar,müəllim,həkim və s. ixtisas sahibləri asanlıqla "Azərişıq" ASC-yə işə düzələ bilir. Yetər ki,rəhbərlikdə tanışı və kifayət qədər pulu olsun .
Misal kimi Toğrul Rəhimovun adı çəkilir,onun polis kimi təqaüdə çıxdıqdan sonra "Azərişıq" ASC-də iri addımlarla əvvəl Sabunçu rayon şöbəsinə rəis,sonra isə İnkişaf və İnvestisiya Departamentinin direktoru vəzifəsinə qədər yüksəlməsi,bu sistemdə onlarla şəxsin himayəçisinə çevrilməsi faktı da diqqətə çatdırılır.
"Azərişıq" ASC-də kiçik bir araşdırma aparmaq kifayətdir ki, deyilənlər öz təsdiqini tapsın,energetkaya aidiyyatı olmayan vəzifəli şəxslərin kimliyi üzə çıxsın ,onları kimlərin himayə etdiyi aşkarlansın. Əgər belə davam edərsə,gec-tez "Azərişıq" ASC-də də hansısa formada "partlayış"ın baş verməsi qaçılmaz olacaq- deyə məktub müəllifi bildirir.
Hətta o da vurğulanır ki, aparılan səmimi bir obyektiv araşdırma Regional Elektrik Təchizatı və Satışı İdarəsi (RETSİ) rəis və müavinlərini kimlərin himayə etməsini üzə çıxarar. Üstəlik də "Azərişıq" ASC-nin Baba Rzayev tərəfindən dostluğa,qohumluğa və tanışlığa necə qurban verilməsi müəyyən edilə bilər.
Digər bir məktub müəllifi isə "Azərişıq" ASC-nin gəlirlərinin havaya sovrulmasından söz açır.Məlumata görə, Baba Rzayevin qardaşı Rahil Rzayev elektirik avadanlıqlarının xaricdən gətirilməsi və sonradan müxtəlif MMC-lərin xətti ilə "Azərişıq" ASC-yə satılması əməliyyatında iştirak edir.
Mövzuya qayıdacağıq...
Faktinfo.az
Bu xəbər üçün şərh yazın