Baba Rzayevin işdən çıxartdığı Fikrət Əhmədovu yeni sədr mühəndis təyin edib

Baba Rzayevin işdən çıxartdığı Fikrət Əhmədovu yeni sədr mühəndis təyin edib 

"Azərişıq" ASC-nin sədri özündən əvvəlki rəhbərliyin ciddi nöqsanlara yol verdiklərinə görə işdən çıxartdığı daha bir şəxsi sistemə geri qaytarıb.

Faktinfo.az-ın elektron poçtuna göndərilən məlumatda bildirilir ki,"Azərişıq" ASC-nin sədri Vuqar Əhmədov Fikrət Əhmədovu əvvəl Ağcabədi rayonunun işıq idarəsinə işə qəbul edib,daha sonra isə ARAN RETSİ-də yeni ştat vahidi yaradaraq regionala baş mühəndis təyin edib.Vuqar Əhmədov bu kadrlara niyə bu qədər əhəmiyyət verir?-deyə, göndərilən məlumatda sual da olunur.

Sayta göndərilən məlumatda o da qeyd edilib ki, "Azərişıq" ASC-nin əvvəlki sədri Baba Rzayev çoxsaylı şikayətlərdən sonra ARAN RETSİ-nin tərkibində Saatlı EŞ-in rəisi vəzifəsini tutan Fikrət Əhmədovu sistemdən tamamilə uzaqlaşdırıb,kirvə kimi qohum olduğu Mətləb Nəcəfova şiddətli töhmət verib.Səbəb isə ARAN RETSİ-nin  istismar üzrə müavini  Mətləb Nəcəfovla Fikrət Əhmədovun birgə Saatlı və Ağcabədi rayonlarında  ferma inşa etdirmələri,fermaların  elektrik enerjisi ilə təminatı üçün ehtiyac duyulan transformatorların Fikrət Əhmədov tərəfindən təşkil edilməsi olub.Hadisədən xəbər tutan Baba Rzayev Fikrət Əhmədovu işdən çıxarıb, Mətləb Nəcəfova isə şiddətli töhmət verib. 

Məlumatda o da bildirilir ki, Fikrət Əhmədovun ferması Saatlı,Mətləb Nəcəfovun ferması isə Ağcabədi rayonunda yerləşir.

Qarşı tərəfin mövqeyini öyrənmək üçün "Azərişıq" ASC-yə zəng etsək də telefon zənglərimizə cavab verilmədi.

Faktinfo.az




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi