Bakıda bir ailə küçəyə atıldı: İcazəmiz olmadan evimizi sökdülər - VİDEO
Bakının Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, dalan 6, ev 3-də yaşayan ailənin evi onların icazəsi olmadan sökülüb.
Belə ki, bir müddət əvvəl Ələkbər Salamova aid, sahəsi 20 kvadratmetr olan evin sökülməsi üçün Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri ailəyə 31 min manat pul təklif edib.
Ancaq verilən məbləğlə razılaşmayan Salamovlar evlərinin sökülməsinə etiraz ediblər.
Ailə iddia edir ki, buna baxmayaraq, əlində heç bir rəsmi göstəriş olmadan özlərini Nəsimi RİH nümayəndələri kimi təqdim edən şəxlər evi söküblər.
Ailə deyir ki, icra nümayəndələri icazəsiz söküntü aparmaları ilə, yanaşı onlara güc tətbiq ediblər.
Hazırda evsiz qalan Salamovlar ailəsi təklif olunan məbləğlə razılaşmır, əvəzində isə həmin ərazidən yeni ev tələb edirlər.
Baku TV-nin əməkdaşları ərazidə olan icra nümayəndələrindən məsələ ilə bağlı açıqlama almaq istəsələr də, icra nümayəndəsi suallara cavab verməkdən imtina edərək, ərazidən uzaqlaşıblar.
Bu xəbər üçün şərh yazın