Bakıda dönərdən 5 nəfər zəhərləndi –Nazirlik açıqlama yaydı
Bakının Nizami rayonu Babək prospekti 65 ünvanında yerləşən dönərxanada zəhərlənmə baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend.az-a verilən məlumata görə, zəhərlənmədən 5 nəfər zərər çəkib.
Onların ikisinin 33, digərlərinin 30, 26 və 24 yaşları var.
Zəhərlənmə diaqnozu ilə 2 nəfər 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hazırda onların müalicəsi davam etdirilir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın