Bakıda intihar edən hər iki gəncin KİMLİYİ MÜƏYYƏNLƏŞDİ - ADLAR

Bakıda intihar edən hər iki gəncin KİMLİYİ MÜƏYYƏNLƏŞDİ - ADLAR 

Dünən Bakıda özünü binadan ataraq intihar edən 2 gəncin şəxsiyyəti müəyyənləşib.

Faktinfo.az  publika.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində Nizami rayonu Q.Qarayev prospekti, 81 A ünvanında yerləşən çoxmərtəbəli binadan özünü ataraq intihar edən şəxsin 2000-ci il təvəllüdlü Şahin Hüseynov olması müəyyənləşdirilib.

Nərimanov rayonu Aşıq Molla Cümə küçəsi, bina 7A ünvanındakı çoxmərtəbəli binadan özünü ataraq həyatına son qoyan qızın isə 1994-cü ildə anadan olmuş Fatimə Əbilova olması dəqiqləşib.

Hər iki faktla bağlı cinayət işi açılıb.

Gənclərin hansı səbəbdən həyatlarına son qoyması araşdırılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər