Bakıda restoran tikənlər ağacları kəsməmək üçün bu üsula əl atdılar - FOTO+VİDEO
Bakıda ağaclıq ərazidə tikilən restorada qeyri-adi görüntü ortaya çıxıb.
Bu barədə “Bakı gündəliyi” səhifəsində paylaşım edilib.
Məlumata görə, restoran ağaclıq ərazidə tikilib. Lakin ağaclar kəsilməyib.
“Metronun “Həzi Aslanov” stansiyası yaxınlığında ağaclıqda “Ənsar” adlı kafe tikilib. Amma ağacları kəsməyiblər. Bəs ağaclar hardadır? Sən demə, ağacların gövdələri kafenin içində saxlanılıb, sadəcə, obyektdə qalan hissələr budanıb”, - paylaşımda bildirilib.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Yeniavaz.com-a bildirilib ki, məsələ araşdırılıb, ətraflı məlumat veriləcək.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın