Bakının mərkəzində atışma: Generalın qohumu tutuldu

Bakının mərkəzində atışma: Generalın qohumu tutuldu 

Mayın 13-dən 14-nə keçən gecə Nəriman Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 3 nömrəli yaşayış binasının qarşısında insident baş verib.

Oxu.az xəbər verir ki, hadisə 27 yaşlı Əzizov İsa Nadir oğlu və 26 yaşlı Binnətəliyev Samir Teyyub oğlunun odlu silahdan atəş açması nəticəsində baş verib.

Polis əməkdaşları hadisə yerinə gələrək, onların silahı yerə qoymasını tələb edib. Tələbə tabe olmaq əvəzinə generalın qohumu bıçaqla asayiş keşikçisinə müqavimət göstərib.

Nəticədə hər iki şəxs saxlanılıb, polis əməkdaşları hadisə yerində “Vinçester” tipli tüfəng, iki giliz, pnevmatik tapançanın darağı, iki kastet, bir dəmir dəyənək və bir bıçaq müsadirə edib.

Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq), 228-ci (qanunsuz silah daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi üzrə cinayət işi açılıb.

Qeyd edək ki, İsa Əzizov tanınmış general-leytenant Məhərrəm Əliyevin qohumudur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər