Baş redaktor İlham Əliyevə müraciət etdi- Azərbaycan vətəndaşı olmağıma kömək edin
"Cənab Pezident! 20 ildən artıqdır ki, vətənim Azərbaycanda yaşasam da doğma yurdumun VTƏNDAŞI olma haqqına malik deyiləm".
Faktinfo.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan müraciətdəndir. Müraciət müəllifi "Vertikal.az" saytının rəhbəri Vüsal Hacıoğlu (Yusubov)bildirir ki, bütün ailə üzvləri Azərbaycan vətəndaşı olsa da,bürokratik əngəllər səbəbindən bu günə kimi - Azərbaycan VƏTƏNDAŞLIĞINA qəbul edilməyib.
Baş redaktorun Prezidentə ünvanladığ müraciətində deyilir:
"Cənab Prezident! 20 ildən artıqdır ki, Azərbaycanda yaşayıram, bütün ailə üzvlərim Azərbaycan vətəndaşıdır. Vətənimə bir layiqli oğul övladı böyüdürəm. Özüm də, övladım da Azərbaycana fədayıq.
Lakin vətəndaşlıq arzum məhz məmur bürokratiyası səbəbindən hələdə rəsmiləşdirilmir.
Cənab Prezident!
Bu gün mənim üçün Azərbaycan vətəndaşlığı müqəddəs bir dəyərdir! Və mən kimlərinsə Azərbaycan vətəndaşlığını hansısa cılız maraqlara qurban verdiyini görəndə ürək ağrısı keçirməyə bilmirəm,çünkü Azərbaycanı sevirəm.
Bu səbəbdən də SİZDƏN xahiş edirəm, Azərbaycan vətəndaşı adı almağıma gərəkən köməkliyi edəsiniz".
Bu xəbər üçün şərh yazın