Baş redaktora CİNAYƏT İŞİ AÇILDI

Baş redaktora CİNAYƏT İŞİ AÇILDI 

Azərbaycanda xəbər agentliyinin rəhbərinə cinayət işi açılıb.

 Open.az xəbər verir ki, "Qafqaz" Xəbər Agentliyinin rəhbəri Tağıyev Mahmud Rasim oğlu barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci( hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham verilib.

Cinayət işi üzrə zərərəçəkmiş şəxs qismində "ŞURATAZ LTD” MMC-yə faktiki rəhbərlik edən Xaliq Nəriman oğlu Abbasov və "Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Elçin Tofiq oğlu Bədəlov, həmçinin daha iki nəfər tanınıb.

Agentlik rəhbəri barəsində aparılan ibtidai istintaq başa çatdırılıb. Cinayət işi üzrə toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Fikrət Qəribovun icraatına verilib. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi