BAYDEN PUTİNİ HƏDƏLƏDİ - "Hətta üçüncü dünya müharibəsinə səbəb olsa belə...”

BAYDEN PUTİNİ HƏDƏLƏDİ - "Hətta üçüncü dünya müharibəsinə səbəb olsa belə...” 

ABŞ Rusiya Federasiyasının NATO-nu təhdid edən istənilən addımına cavab verəcək. Bunu ABŞ prezidenti Co Bayden bəyan edib.

O, bu bəyanatı ilə faktiki olaraq bildirib ki, Rusiyanın hücumu halında ABŞ NATO ərazisinin “hər qarışını” qorumaq üçün üçüncü dünya müharibəsinə də hazırdır.

“Əlbəttə, cavab versək, bu, üçüncü dünya müharibəsi olacaq, lakin bizim NATO-nu müdafiə etmək kimi “müqəddəs öhdəliyimiz” var”, - deyə o bildirib.

Dövlət başçısı vurğulayıb ki, hazırda 12 min ABŞ əsgəri Rusiya sərhədləri boyu yerləşdirilib. ( rbc.ua)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi