“Bayraqdar”ları gözləyirik

“Bayraqdar”ları gözləyirik -Akarı görməkdən çox məmnun olarıq-Pabriks

Türkiyədən NATO daxilində siyasi dəstək gözləyirik. Çünki NATO və AB daxilindəki müzakirələrdə bəzən fikir ayrılıqları olur.

Faktinfo.az Axar.az-a istinadla xəbər verir ki, bunu Latviya müdafiə naziri Artis Pabriks deyib.

“Müdafiə naziri Akarın yazda Latviyaya səfərini gözləyirik və onu görməkdən çox məmnun olarıq. Türkiyə bir neçə aya “Bayraqdar TB2”-ləri Latviyaya yerləşdirsə, bizi məmnun edərdi. Əgər onlar üç və ya altı ay ərzində hava bazalarımızda qalsa, biz onları həm sınaqdan keçirər, həm də müşahidə missiyaları üçün istifadə edərik. Bu, çox xoş bir dəstək olardı”, - deyə Pabriks bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi