BDU-da “2 ELÇİN FAKTORU” – Universiteti kim idarə edir: Elçin Babayev, yoxsa Elçin Məmmədov?
Abel Məhərrəmov rektor vəzifəsindən uzaqlaşdırılandan sonra Bakı Dövlət Universitetində (BDU) onu əvəz edəcək rəhbərdən böyük gözləntilər vardı.
Çünki, sabiq rektorun komandasına daxil olan bir qrup şəxs istisna olmaqla, BDU-nun kollektivi arasında demək olar ki, hər kəs Abel Məhərrəmovdan narazı idi. O cümlədən, universitetin tələbələri də rüşvətə son qoyulacağı ümidi ilə yeni rektorun təyinatını səbrsizliklə gözləyirdi.
Şübhəsiz, mart ayında Elçin Səfəralı oğlu Babayevi Bakı Dövlət Universitetinin rektoru təyin edən Prezident İlham Əliyev də təxminən eyni gözləntidə idi. Çox güman ki, ölkə başçısının yeni rektora ilk tövsiyəsi də BDU-dakı problemlərii həll etmək və universitetin nüfuzunu özünə qaytarmaqdan ibarət olub.
Bəs, Elşin Babayev rektor olduğu müddət ərzində ona olan etimadı doğrulda bilibmi? Bu suala cavab tapmaq üçün apardığımız kiçik araşdırma, təəssüf ki, BDU-nun kollektiv üzvləri və tələbə heyəti kimi, bizim də gözləntilərimizi alt-üst edir.
Universitet daxilindəki mənbələrdən əldə etdiyimiz məlumata görə, rektor Elçin Babayevin də sələfinin yolunu davam etdirərək, öz qohum və tanışlarını vəzifələrə gətirməsi indidən etirazlara səbəb olmaqdadır. Çünki bu şəxslər rektora yaxınlıqlarından istifadə edərək, onu yanlış istiqamətə yönləndirirlər. Elə bu səbəbdən də E.Babayevə olan ümidlər tədricən öləziməkdədir.
Mənbə deyir ki, həmin şəxslərdən biri BDU-nun tədris hissə müdiri vəzifəsini icra edən Elçin Məmmədovdur. Hansı ki, E.Məmmədovun son vaxtlar qohumunun etibarından sui-istifadə edərək universitetdə “drijorluğu” tam ələ aldığı bildirilir.
Məlumata görə, Elçin Məmmədov uzun illərdir BDU-da çalışır. O da Abel Məhərrəmov “məktəbi”nin parlaq simalarından biri hesab olunur. Görünür, elə bu səbəbdən də sabiq rektorun dönəmində Beynəlxalq Münsaibətlər fakültəsində özünə yer edə bilib. Daha vacibi isə BDU-nun ən “gəlirli” sahəsi olan ikinci ali təhsil məsələsinə cavabdeh şəxslərdən biri olub.
Çoxlarına sirr deyil ki, BDU-nun Hüquq fakültəsində ikinci ali təhsil almaq istəyən şəxslər külli miqdarda rüşvət verməyə məcbur idi. Hansı ki, bu şəxslərin böyük əksəriyyəti imkanlı ailələrin övladları, o cümlədən məmurlar, deputatlar, müğənnilər və s. olub. Mənbə deyir ki, E.Məmmədov bu prosesdə sabiq rektorla həmin imkanlı şəxslər arasında vasitəçilik edən azsaylı etibarlı insalardan biri olub.
Məlumata görə, qohumu Elçin Babayev rektor təyin olunduqdan sonra Elçin Məmmədov BDU-da öz mövqelərini bir qədər də möhkəmlədib. Üstəlik, o, indi universitetdə daha yüksək post tutmağa iddialıdır. Belə ki, onun BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyevanın yerinə göz dikdiyi haqda informasiyalar var.
Mənbə onu da deyir ki, hazırda E.Məmmədovun BDU-nun rektoruna təsir imkanı kifayət qədər geniş olduğundan, universitetdə hər kəs “2 Elçin faktoru” arasında çaşbaş qalıb. İnsanları bu sual düşündürür ki, BDU-nu Elçin Babayev idarə edir, yoxsa Elçin Məmmədov?!
/Hurriyyet.org
Elçin Babayev
Faktinfo.az
Bu xəbər üçün şərh yazın