BDU-nun yeməkxanasında qanlı olay- Rektora yaxın şəxslər...
Bakı Dövlət Universitetində (BDU) bıçaqlanma hadisəsi baş verib.
Faktinfo.az xəbər verir ki,etibarlı mənbədən Hurriyyet.org-a daxil olan məlumata görə, bu qanlı olay BDU-nun yeməkxanasında baş verib.
Belə ki, yeməkxananı işlədən gənclər arasında düşən mübahisə onlardan birinin bıçaqlanması ilə nəticələnib. Gəncin ayağından yaralandığı və xəstəxanaya aparıldığı bildirilir.
Mənbənin sözlərinə görə, BDU-da qalmaqal yaradan şəxslər rektor Elçin Babayevə yaxın şəxslərdir. Bildirirlir ki, E.Babayev universitetə rəhbər təyin olunduqdan sonra yeməkxananın bütün işçilərini yeniləyib və indiki qalmaqala səbəb olan gəncləri dəvət edərək, bu sektoru onlara həvalə edib.
Mövzu ilə bağlı BDU-nun mövqeyini öyrənməyə çalışacağıq.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın