Bərzani etiraf etdi: ABŞ xəyanət etdi
Kərkükdə baş verənlər böyük xəyanət idi.
Faktinfo.az xəbər verir ki, bu sözləri İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani deyib.
O, İraq ordusu və Haşdi Şabinin ABŞ qüvvələrinin gözləri önündə və onların silahları ilə Kürdüstana hücum etdiyini bildirib:
“ABŞ nə üçün buna səssiz qaldı? Kərkük üçün yaxşı hazırlıq görmüşdük. Təəssüf ki, 16 oktyabr gecəsi bu xəyanət baş tutdu. Həmin gecə peşmərgəyə və xalqımıza böyük xəncər saplandı”.
Qeyd edək ki, həmin gün İraq ordusu və Haşdi qüvvələrinin birgə əməliyyatları nəticəsində Kərkükə nəzarət tam ələ keçirilmişdi.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın