Beyləqanın icra başçısının döyüldüyü barədə xəbər yayıldı...

Beyləqanın icra başçısının döyüldüyü barədə xəbər yayıldı... 

Rayonun ictimaiyyət nümayəndələrindən daxil olan, lakin RPŞ tərəfindən təsdiqlənməmiş xəbərə görə, Füzuli rayonundan olan bir qrup adam Ağgöl qoruğunun İmişli rayonuna yaxın ərazilərində yerləşən dövlət fondu torpaqlarından 500 hekatar sahəni uzunmüddətli icarəyə götürmək üçün Beyləqanın icra başçısı Asif Ağayevə 2 ildən çoxdur külli miqdarda rüşvət verdikləri deylir.

Daxil olan xəbərə görə, rüşvət vermiş adamlar bu günə kimi nə torpaqlarını ala biliblər, nə də rüşvət verdikləri pulu. Bu səbəbdən Beyləqan rayonunun İmamverdilər kəndindən aşağıda icra başçısı ilə pul verən insanların görüşdüyü deyilir. Şayiəyə görə, Asif Ağayevlə görüşən pul sahibləri başçıdan pullarını geri qaytarmağı tələb ediblər. Bu zaman aralarında mübahisə düşdüyü deylir.

Mübahisə zəminində başçı ilə adamlar arasında qovğa düşüb. Əvvəlcə Asif Ağayev onu ağır söyüşlə təhqir edən adamı sillə ilə vurub və hadisə yerinə polis çağırıb. Pul sahiblərindən biri isə Asif Ağayevin telefonla zəng etdiyi məqamda əlindəki ağacla onun kürək nahiyyəsinə bir neçə zərbə endirib. Aldığı zərbədən Asif Ağayev yıxılıb. Sürücünün yerə yıxılmış başçını yerdən qaldırmaqla məşğul olduğu zaman adamlar gəldikləri maşına minib ərazidən uzaqlaşıblar.

Polislər gələndə isə artıq həmin adamların artıq ərazidən uzaqlaşıb getdikləri müəyyən edilib. İcra başçısı onunla baş vermiş bu biyabırçı hadisəsinin ictimailəşdirməmək barədə polis rəisinə tapşırıq verdiyi deyilir.

Beyləqan RPŞ-dən aldığımız məlumatda isə başçı ilə bağlı hər hansı mənfi hadisənin baş vermədiyi və xəbərin yalan, şayiə olduğu bildirilib.

//paralel.az/

Mövzuya qaydacağıq, bizi izləyin.

Röyal

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi