Bəzi ali məktəblərdə ixtisaslar üzrə optimallaşdırma aparılacaq-

Bəzi ali məktəblərdə ixtisaslar üzrə optimallaşdırma aparılacaq- Azərbaycan Koorperasiya və Texniki Unverstetlərində...

Azərbaycanda bəzi ali məktəblər üzrə optimallaşdırma aparılacaq. Müəyyən edilmiş ixtisaslar üzrə kadr hazırlığının inkişaf etdirilməsi, tələblərin maksimum dərəcədə ödənilməsi məqsədilə bir çox universitetlərdə kadr hazırlığı üzrə mövcud ixtisaslar ləğv edilə və ya başqa universitetə verilə bilər.

Bir çox  ali məktəblərdə çoxsaylı qanun pozuntuları, kütləvi özbaşınalıqlar, saxta diplom qalmaqallarının uzun müddət baş verməsi adi hala çevrilmişdi.Bu cür neqativ halların qarşısının alınması bir müddət əvvəl rəsmi dövlət  qurumlarını  ciddi narahat edirdisə,hazırda ölkəmizə gələcək prespektivdə lazım olan ixtisaslı kadrlara duyulacaq ehtiyac,ali məktəblərdə səliqə-səhman yaradılması məcburiyyətini yaradıb.

Faktinfo.az-a təhsil sektorundan verilən məlumata görə,2021-ci ildən gec olmayaraq bəzi universitetlərdən o cümlədən, Azərbaycan Koorperasiya Universitetindən iqtisadi ixtisaslar alınıb Azərbaycan Dövlət İqtisad Universitetinə, Azərbaycan Texniki Universiteti və  bu kimi təmayüllü universitetlərdən isə bir çox ixtisasların alınıb Bakı Mühəndislik Universitetinə veriləcək.Hətta, bir çox ali məktəblərdə bəzi ixtisasların bağlanması məsələsinin də gündəmə gətiriləcəyi istisna edilmir.

Bu onunla izah olunur ki, iqtisadi sahə üzrə kadır hazırlığı digər universitetlərlə müqayisədə ADİU-da tədris olunsa yaxşıdır və ya digər universitetlər ADİU kimi normal kadr hazırlaya bilmirsə , iqtisadi sahəni əhatə edən bir çox   ixtisasların digər universitetlərdə saxlanmasına nə ehtiyac var.Bu dövlətin özünə də ikitərəfli yükdür.Birinci halda vəsait xərclənib əli diplomlu "kadrlar" hazırlanırsa,ikinci halda bu şəxslərin özlərinə iş tapa bilməməsi müəyyən narazılıqlara səbəb olur. Və ya bir çox zəruri  sahələr üzrə peşəkar kadra ehtiyac duyulduğu təqdirdə onları tapmaq müşkülə çevrilir.Yəni dövlət hər iki halda özü-özünə problem yaratmış olur.Ona görə də, inkişaf etmiş dövlətlərdə universitetə bir təhsil müəissəsi kimi yox,həm də bu sahəni əhatə edən mərkəz kimi yanaşılır.

Eləcə də ölkəmizdə texniki sahə üzrə gələcək üçün kadrlara ehtiyac duyulur. Azərbaycanda 10-a yaxın və oxşar ixtisasları təkirarlayan texniki universitetlərimiz olsa da, peşəkar kadr hazırlığı üzrə çox geri qalmışıq.Bu və digər amillər nəzərə alınmaqla bütün universitetlərdə qayda-qanun yaradılması üçün proqramlar hazırlanır.


Bununla bağlı Dövlət İmtahan Mərkəzindən və Təhsil Nazirliyindən açıqlama almağa çalışsaq da, cəhdlərimiz bir nəticə vermədi. Mövzunu diqqətdə saxlayacağıq.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi