Bəzi yerlərdə xarici dil səslənməsində problemlər olub -

Bəzi yerlərdə xarici dil səslənməsində problemlər olub - Buraxılış imtahanları ilə bağlı narazılıqlar qalmaqdadır

Aprel ayının 30-da keçirilən buraxılış imtahanlarındakı sualların əvvəlki imtahanlardan qat-qat ağır olmasına dair narazılıqlar qalmaqdadır.İmtahanların yenidən keçirilməsini istəyənlər isə kifayət qədərdir.

Faktinfo.az saytını məlumatlandıran tanınmış təhsil işçisinin bildirdiyinə görə, 15 aprel tarixində keçirilən buraxılış imtahanları istisna olmaqla, digər tarixdə keçirilən imtahanların sualları da çətin olub. Pandemiya ilində dərslərin əyani keçirilmədiyini nəzərə alsaq, çaşdırıcı, düşündürücü, hətta ali məktəb səviyyəsinə uyğun müəyyən sualların buraxılış imtahanlarına salınması təbii olaraq, narazılıqlarla müşayiət olunmasını şərtləndirəcəkdi.

Müsahibimizin fikrincə, ingilis dili fənnindən salınan Listeninglər heç də asand olmayıb.Həmçinin  bəzi bölgələrdə səsin zəif və xırıltılı olması dinləmənin səlist eşidilməməsinə ,aydın başa düşülməməsinə səbəb olub.  Onsuz da bir ildən artıq pandemiya dövründə dərslər onlayn keçirilib, abituriyentlər repetitor yanına sistemli getmədiyindən, xarici dil dinləmələrini normal öyrənə bilməyiblər. Belə olan təqdirdə suallar asan, listening başa düşülən olmalı, xarici dil səslənməsində xırıltı və ya  hər hansı texniki problem yaşanmamalı idi.

Ümid edək, qarşıdakı həftələrdə xarici dil imtahanı verən abituriyentlərin listening səslənməsində texniki problem yaşanmayacaq, səsləndirmə səlist, başa düşülən olub, imtahana normal suallar salınacaq. Bununla hər hansı əlavə müzakirələrə rəvac verilməyəcək.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi