Biz bacardıq, Türkiyə də bacaracaq, onların bu gün etmək istədiyi də məhz budur - Vanq Fey
Türk xalqı çox çalışqan və ağıllıdır. Biz türk xalqına inanırıq. Necə ki, biz bu böhrandan çıxdıq və zirvəyə qalxdıq, siz də eyni şeyi edə bilərsiniz.
Axar.az xəbər verir ki, bunu Çinin baş konsulunun müavini Vanq Fey “Türkiyə Çin ola bilərmi?” sualına cavabında deyib.
“40 il əvvəl xüsusi iqtisadi zonalar qurmuşuq. Xarici investorları cəlb etmək üçün böyük stimullar verdik. Bəli, ucuz işçi qüvvəsi və sürətli istehsal əcnəbiləri cəlb edirdi. Biz dünyada ən böyük sənaye və xarici investisiya cəlb edən ölkəyə çevrilmişik. Türkiyənin bu gün etmək istədiyi də məhz budur. Aşağı faiz və məhsuldar iqtisadi artım... Bu, əldə edilə bilən plandır. Çünki Türkiyə xüsusi coğrafiyada yerləşir. O, mühüm geosiyasi mövqeyə malikdir", - deyə o bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın