BMV məşhur loqosunu dəyişdi – Foto
Almaniyanın BMV konserni loqosunda dəyişiklik edib.
Dəyişikliyə əsasən, loqodan ənənəvi qara dairə çıxarılıb, Bavariyanın bayrağının simvolu olan ağ və mavi rəng yerində qalıb. Loqo əvvəlkinə nisbətən daha şəffaf olub.
Şirkətdən bildirilib ki, yeni loqo gənc alıcıların diqqətini cəlb etmək üçündür.
Yeni loqo ilk dəfə BMV i4 avtomobilində tətbiq olunacaq./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın