Braziliya millisinin baş məşqçisi istefa verdi

Braziliya millisinin baş məşqçisi istefa verdi 

Braziliya millisinin baş məşqçisi Tite istefa verib.

61 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Xorvatiya ilə oyundan sonra postunu tərk etdiyini açıqlayıb.

 

O, bu qərarı öncədən verdiyini bildirib: “Mənim dövrüm bitdi. Bunu bir il yarım əvvəl demişəm. Sözümün ağasıyam”.

 

Braziliya yığması DÇ-2022-də 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında Xorvatiyaya (2:4) məğlub olub.

 

Qeyd edək ki, Tite 2016-cı ildən Braziliya millisini çalışdırıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi