BTQ üçün alınan sərnişin qatarı Türkiyəyə çatdırılıb
Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttində Bakı-Ankara-Bakı reysi üzrə hərəkət edəcək 10 vaqondan ibarət sərnişin qatarı Türkiyəyə çatıb.
Report.az-ın “Kars Manşet” nəşrinə istinadən verdiyi xəbərə görə, İsveçrənin “Stadler” şirkətinə məxsus qatarlar 6 gün ərzində Türkiyəyə çatdırılıb.
Bakı-Ankara reysi üzrə gecə səfərləri edəcək qatarda 9 yataqlı vaqon və 1 yemək vaqonu olacaq.
Lokomotiv vasitəsi ilə hərəkət etdirilərək gətirilən vaqonlar Azərbaycana yola salınacaq.
Qeyd edək ki, BTQ üzrə Bakı-Ankara-Bakı reysi 2019-cü ilin sonunda fəaliyyətə başlayacaq.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ildən yük daşımaları həyata keçirməyə başlayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın