Bu gün bir neçə dairə üzrə seçkinin nəticələri ləğv oluna bilər

Bu gün bir neçə dairə üzrə seçkinin nəticələri ləğv oluna bilər -MSK-a iclas keçirəcək

Fevralın 15-də Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə də baxacaq.

Faktinfo.az xəbər verir ki,bununla bağlı MSK-nın iclasında müvafiq qərarların  qəbul ediləcəyi gözlənilir.

18 saylı Nərimanov-Nizami -lider namizəd Rasim Musabəyov , 28 saylı Sabunçu Üçüncü- lider namizəd Eldar Quliyev,42 saylı Sumqayıt İkinci- lider namizəd Tahir Mirkişili,79 saylı İmişli -lider namizəd Razi Nurullayev, 81 saylı Beyləqan Seçki Dairəsi -lider namizəd Şahin İsmayılov, 92 saylı Zərdab- Ucar -lider namizəd Jalə Əliyeva, və 125 saylı Zəngilan-Qubadlı -lider namizəd İmamverdi İsmayılovun topladıqları nəticələr ləğv oluna bilər. Çünki, 20-yə yaxın seçki dairəsi üzrə müraciətlər prosedura uyğun olaraq ilk əvvəl müvafiq dairə seçki komissiyalarına göndərilmişdi.Sonra isə məsələ bir daha Mərkəzi Seçki Komissiyasında müzakirəyə çıxarılacaqdı.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi