"BU HALDA TÜRKİYƏ İRANI DARMADAĞIN EDƏCƏK!" - "Güney Azərbaycanda olan azərbaycanlılar da ayağa qalxacaq..."

"BU HALDA TÜRKİYƏ İRANI DARMADAĞIN EDƏCƏK!" - "Güney Azərbaycanda olan azərbaycanlılar da ayağa qalxacaq..." 

“Müharibədə məğlub olmuş bir dövlətin müharibə çağırışları erməni politoloqlarının absurd, məntiqsiz fikirləridir. Onların başı işləmir. Başları işləsə idi, belə danışmazdılar”.

Bunu politoloq Zərdüşt Əlizadə teleqraf.com -a açıqlamasında deyib.

"Heç bir müharibə elementindən danışmaq olmaz. Çünki Ermənistanın müharibəyə başlamaq gücü yoxdur. Ordusu da tam zəif durumdadır. Azərbaycana isə yeni müharibə lazım deyil. Sözsüz ki, Azərbaycan tərəfi onlara yerlərini göstərmək üçün bir sıra hərbi əməliyyatları həyata keçirə bilər", - deyə o qeyd edib.

Politoloq Ermənistanın “can dostu” İranın son vaxtlar Azərbaycana artan təhdidləri və hücum ehtimalından da danışıb: “İran Azərbaycana qarşı hərbi əməliyyatlara başlasa, İran İslam Respublikasına son qoyulacaq. İranın Azərbaycana qarşı hərbi əməliyyatlara başlaması onlar üçün faciəli bitəcək. Bu baş verərsə ilk növbədə İsrail İrana zərbə endirəcək. İsrailin ardınca ABŞ İranı vuracaq. Azərbaycanın müqaviməti ilə paralel Türkiyə İranı darmadağın edəcək. İranın özündə isə Güney Azərbaycanda olan azərbaycanlılar ayağa qalxacaq. İran tərəf bunu istəyirsə, edə bilər. Ona görə də İrana Azərbaycanla müharibə qətiyyən lazım deyil”.

Z.Əlizadə həmçinin bildirib ki, Azərbaycan Qarabağ məsələsində tədricən diplomatik əsaslarla öz istəyinə nail olur.

"Sözsüz ki, 2025-ci ildə Azərbaycan istəmədikdən sonra rus sülhməramlıları bölgədə qala bilməyəcək. Ona görə də indiki Rusiya çalışır ki, Azərbaycanı razı salsın ki, biz həmin vaxt onların burada qalmasına icazə verək", - deyə o əlavə edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər