
Bu il ABŞ-ın dövlət borcu 1,4 trilyon dollara yaxın artıb- “Bloomberg” agentliyi
2018-ci ildə ABŞ-ın dövlət borcunun artım tempi 2012-ci ildən bəri ən yüksək həddə ola bilər.
Bu barədə “Bloomberg” agentliyi yazıb.
Məqalədə qeyd olunub ki, Donald Trampın ABŞ-a rəhbərlik etdiyi 2 il ərzində ölkənin dövlət borcu 1,9 trln. dollar artaraq 22 trln. dollara yaxınlaşıb. Bunun 1,36 trln. dollarlıq hissəsi 2018-ci ilin payına düşüb ki, bu da ilin əvvəli ilə müqayisədə dövlət borcunun 6,6% artması deməkdir.
Proqnozlara görə, D.Trampın ABŞ prezidenti olacağı müddətdə dövlət borcu ümumilikdə 4,4 trln. dollar artacaq.
Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın