Bu qadınları traktor əvəzinə işlədirlər - Millət vəkili

Bu qadınları traktor əvəzinə işlədirlər - Millət vəkili 

Millət vəkili Razi Nurullayev paytaxt küçələrinin qardan Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatının yaşlı qadın işçiləri tərəfindən təmizlənməsinə etiraz edib.

Faktinfo.az Axar.az-a istinadən xəbər verir ki, millət vəkili yerli icra qurumlarının yolları texnikalar vasitəsi ilə təmizləməli olduğunu qeyd edib:

“20 saylı məktəbin qarşısındakı yolun (Parlament prospekti) qırağında bərkimiş və çox çirkli qar topaları yığılıb. 5-6 qadın Fərhad kimi külüng çalır, donmuş çirkli qarı parçalayıb yola tökür. Başa düşmürəm ki, bu texnologiya əsrində bizim yazıq yaşlı qadınlarımızı niyə traktor əvəzi işlədirlər?

Məgər şəhər təsərrüfatının maşınları yoxdur? Axı təzələri də alınıb”.

Millət vəkili Bakı şəhər İcra Hakimiyyətinə normal münasibətinin olduğunu bildirib:

“Amma deməliyəm ki, bu bir-iki gündə şəhər təsərrüfatı işlərinin öhdəsindən gələ bilmədi. Şəhər iflic oldu, mən də iki gün Novxanıda “girov” qaldım, şəhərə qayıda bilmədim”.

Qeyd edək ki, ötən gün millət vəkili Aydın Mirzəzadə də yolların qadınlar tərəfindən təmizlənməsinə etiraz etmişdi.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər