Bu universitet bir il ərzində internetə 67 min manat xərcləyəcək- Digər universitetlərdə 11manatdan yüksək olmayan...
Azərbaycan Neft və Sənaye Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Azerna-Aİ” MMC olub.
Neft və Sənaye Universiteti illik internet xidmətinin satın alınması üçün MMC-yə 67 min 200 manat ödəyəcək. Bu qədər vəsaitə şəbəkənin gücləndirilməsi üçün lazım olan 12 ədəd “smart cisco switch” aparatı, 350 mb/s sürətə malik fiber optik internet və internet şəbəkəsinin təmini üçün server daxildir.
Onu da bildirək ki, ötən ilin oktyabr ayında Neft və Sənaye Universiteti I və II tədris binalarında aparılacaq internet və şəbəkə sisteminin iş fəaliyyətinin yaxşılaşdırılması üçün “Azerna-Aİ” MMC-yə 16 min 901 manat 20 qəpik ödəyib.
Barəsində açıq internet resurslarda heç bir məlumat olmayan “Azerna-Aİ” MMC 05.01.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalə cəmi 10 manat olan MMC-nin qanuni təmsiçisi Əliyev İbrahim Əmiraslan oğludur.
Faktinfo.az bildirir ki,bir çox universitetlərdə internet xidmətinin satın alınması üçün xərclənən vəsait 11 min manatdan yüksək deyil.Azərbaycan Neft və Sənaye Universiteti tərəfindən keçirilən tender müsabiqəsi zamanı 67 min 200 manat vəsait sövdələşməsi müəyyən suallar doğurur.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın