"Buna türk milləti qərar verəcək"

"Buna türk milləti qərar verəcək" -Con Kerbi

Xəbər verdiyimiz kimi, dünya mətbuatı Ankaradakı siyasi prosesləri diqqətlə izləyir,aparıcı dünya ölkələrinin rəsmiləri 14 may Türkiyədə keçirilən prezident və TBMM-ə seçkilərinə münasibət bildirirlər.

Faktinfo.az xəbər verir ki,Ağ Ev rəsmisi Con Kerbi bir gün öncədən Türkiyədə Parlament və Prezidentlik seçkilərinə münasibət bildirib.

O,seçkilərdə hansısa namizədlə bağlı fikir bildirmək istəmədiyini bildirib,Türkiyənin demokratiya ənənəsinə və demokratik qurumlara sahib olmasını təqdir edib.Mətbuat toplantısında jurnalistlərin suallarını cavablandıran Con Kerbi seçkilərdə kimin qalib olacağı sualına isə "buna türk milləti qərar verəcək”,-deyib.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər