Bütün mükafat növlərini xoşagəlməz hesab edən İMMANUİL KANT

Bütün mükafat növlərini xoşagəlməz hesab edən İMMANUİL KANT -Filosof “mükafat ehtirası hisslərini” ikrah oyandırıcı adlandırırdı

Yaşadığı müddət ərzində, İmmanuil Kant heç bir mükafat axtarışında olmayıb.

Hətta həyatının sonrakı illərində, artıq Avropanın ən nüfuzlu mütəfəkkirlərindən biri kimi tanındığı dövrdə belə, o, bütün mükafat növlərini xoşagəlməz hesab edirdi. Nəzərə çarpan özünəhörmət və mənlik duyğusuna sahib olmasına baxmayaraq, o, bütün “mükafat ehtirası hisslərini” ikrah oyandırıcı kimi qiymətləndirirdi. Böyük Kant olduqca təvazökar insan idi və zarafatla qeyd edirdi ki, “böyük şəxslər ancaq uzaqdan parlaq görünürlər” və hətta şahzadə və kral belə öz xidmətçilərinin yanında nüfuzlarının bir çox hissəsini itirirlər, çünki, “heç bir insan əslində böyük deyil”.

 O, 1724-cü ildə Köniqsberqdə, hazırki Kalininqrad şəhərində anadan olub və 1804-cü il fevralın 12-də vəfat edənədək ömrünün çox hissəsini burada keçirib. Ölümünün 200-cü ildönümü bütün dünyada onun xatirəsini yad etməyə səbəb verib. Dünyanın hər yerində, Berlindən Pekinə, Moskvadan Oklendə qədər, hər yerdə onun adı ilə bağlı xatirə gecələri və elmi konfransların keçirilib.Kant fəlsəfəsi dünyanın hər yerində öz işləkliyini və nüfuzunu hələ də qoruyub saxlamaqdadır.

Kant öz dövrünün filosofu idi.Öz fəlsəfi ideyalarını yaradan zaman o, heç vaxt özünü keçmişin böyük filosoflarının gördüyü işlər üzərində kökləyib, bu intellekt nəhənglərinin çiyinləri üzərində özlərini şişirdən filosof-tarixçilərdən olmayıb.Öz şəxsi düşüncələrinə ilham mənbəyi olaraq, İsaak Nyuton, Deyvid Hyum və Jan Jak Russo kimi dahilərə istinad etməsinə baxmayaraq, o, dərk edərək anladığı və həlli yollarını özünəməxsus şəkildə tapdığı, ancaq yaşadığı dövrə aid olan problemlərin həlli ilə məşğul olurdu. Kant öz fəlsəfi düşüncələrini praktiki əhəmiyyətinə görə təhlil və tətbiq edən şəxsiyyət idi. Beləliklə o, artıq ənənələrə inam üzərində köklənmiş problemlərə deyil, yaşadığı zaman kəsiyində daimi və təsadüfi olan mövcud dövrə yönələrək müasirliyin sirlərini öyrənməyə və onun problemlərinin həll yollarını araşdırmağa təşəbbüs göstərirdi.

Məhz bu cəhəti ilə Kant fəlsəfəsi bizə, yaşadığımız dövrə hələ də uyğundur. Yəni, biz hələ də Köniqsberqli azadlıq aşiqi, müdrik şəxsiyyətin öz tənqidi fəlsəfəsini inkişaf etdirdiyi problemli və çətin məngənə arasında sıxılırıq.

Azad düşüncəyə istinad edən istər elmi, istər praktiki-mənəvi, istərsə də siyasi ideyaların hər birinin məhz bu cəhətdən Kant fəlsəfəsinə aid olduğu hesab edilir. Bunu sübut etmək üçün isə burada onun adını qeyd edilməsinə belə ehtiyac duyulmur. Kantın düşüncələri bizim şüurlarımıza qədər gəlib çatıb və öz dövründə olduğu kimi, indi də müasir oponentlər və əks ideyalarla üzləşir.

1746-cı ildə onun usta olan atası yoxsulluq içində vəfat etdikdən sonra (anası isə o, 13 yaşında olarkən 1737-ci ildə vəfat edib), Kant uzun illər Şərqi Prusiya vilayətində fərdi müəllim kimi işlədi. Həmin ərəfədə o, təbiət elmləri sahəsində öz biliklərini genişləndirmək imkanı əldə etdi. Elmi-publisist kimi Köniqsberqə qayıtdıqdan sonra, o, öz oxucularına maarifçi elmi biliklərin necə işlədiyini göstərdi. Bunu etmək üçün o, “doğru seçilmiş maraq qeyri-adi olan hər bir şeydən və onun səbəblərini şübhəyə meylləndirən şeylərdən oyanır”, prinsipindən çıxış etdi. 1755-ci il o, özünün qabaqcıl işlərindən olan “Cənnətin Nəzəriyyəsi” adlı əsərini nəşr etdirdi. Bu əsərdə o, Nyutonun riyazi təbii elminə istinad edərək, bütün kainatın sistematik quruluşunu və təbii tarixini izah etməyə cəhd göstərirdi.


İnsan tədqiqatçısı


30 yaşlı Kantın təbii elmlər sahəsindəki bilikləri ilə fəxr etməsi üçün əlində bütün səbəbləri var idi. Bir neçə il sonra o, düşmüş olduğu tələni gördü. Emi tədqiqata qarşı olan sevgisi onu insanlara qarşı yadlaşdırmışdı. 40 yaşında o, öz daxilindəki başlıca dəyişikliyi tamamladı: təbiəti tədqiq edən alim, insan tədqiqatçısına çevrildi. O, artıq əşyalardan daha çox insanlarla maraqlanmağa başladı. “Mən insanlığa hörmət etməyi öyrənirəm”, o, özünü tənqid edərcəsinə qeyd edirdi və elə bu vaxtdan etibarən insanların olduqca mürəkkəb növlərini öyrənməyə cəhd etdi. İnsanlarla bağlı bütün tədqiqatlarında sonradan onun tənqidedici fəlsəfəsinin mərkəzinə çevriləcək iki dayaq nöqtəsi artıq aydın idi.

Özünün 1788-ci ildə çap etdirdiyi “Praktiki İdrakın Tənqidi” əsərində Kant insan fəaliyyətinin və arzusunun mənəvi cəhətlərini aydınlaşdırır. Burada onun məqsədi fəaliyyətinin mənəvi cəhətdən sərbəstliyini möhkəmləndirmək idi. O,hesab edirdi ki, insan sərbəstliyi dini ehkamlar və fundamental dini qaydalarla və ya qanuni tənzimləmələr və dövlət gücü ilə məhdudlaşdırılmamalıdır. Azad fərd kimi hər bir şəxs öz daxilində mənəviyyatını tanımalı və onu yetişdirməlidir. “Daxilindəki mənəvi qanun” xaricdən olan bütün təzyiqlərə qarşı var gücü və möhtəşəmliyi ilə dayanmalı və inkişafda olmalıdır.

1790-cı ildə Kantın idrakın nəzəri və praktiki tənqidi fikrinin artıq siyasi cərəyana çevrilməsi Prusiyanın senzura orqanlarının şübhəli baxışlarına tuş gəldi. Artıq yaşlaşmış Kant entuziazm duyğuları ilə azadlıq uğrunda Amerikanların mübarizəsini və Fransa inqilabını alqışlayırdı. O, azad dövlətlərin və insanların cəmiyyəti üçün hər şeydən əvvəl vacib olaraq təqdim etdiyi “Mülki Hüquqlar Konstitusiyası” hazırladı. Kant hesab edirdi ki, artıq güclülərin vəhşi və despotik azadlığının yeni düşmənçiliklərə yol açacağı qanunsuz “təbii dövlətə” son qoyulmalıdır. Müqayisə olaraq qeyd edirdi ki, münasibətlərin hüquqi vəziyyəti ancaq bir şəxsin azadlığının digərinin azadlığı ilə bərabər mövcudluğu zəminində yaradıla bilər. Yalnız bundan sonra, 1795-ci ildə 70 yaşlı Kantın fəlsəfə gündəliyinə yazdığı “ədəbi sülh” ideyası inandırıcı reallığa çevrilə bildi. O, konstitusiya hüququnun, beynəlxalq qanunun və qlobal insan hüquqlarının layihəsini hazırladı.Kant idraklı, məsuliyyətli vətəndaşlar tərəfindən azad və ictimai istifadəsi ilə bərabərlik təşkil edən hüquqi prinsiplərin hakim olduğu cəmiyyət ideyasının tərəfdarı idi. Bu prinsiplər sülhpərvər və dostpərvər insanların cəmiyyətində hökm sürməsi ideyası isə cəmiyyətin ana xəttini təşkil edir.

Məhz elə bu cəhətlərinə görə, Köniqsberqli filosof bizim müasirimizdir. Onun fəlsəfəsi isə aşkar şəkildə yalnız uzaqdan parlamır, o, “təfəkkürün saf qızılı kimi” parlayır və fəlsəfənin Kantın öz dövründəkindən daha qiymətli olduğu aydın görünür.

Hazırladı :Lətafət Orucqızı

Faktinfo.az


Bütün mükafat növlərini xoşagəlməz hesab edən İMMANUİL KANT
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi