“CHP-çilərə səslənirəm, rəhbərliyinizdə bir fırıldaqçı var- Süleyman Soylu
Cənab Kılıçdaroğlu, Man adası ilə bağlı iddialarını sübut edə bilməsən, boğazına nə taxdığımızı görəcəksən.
Bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.
“CHP-çilərə səslənirəm. Rəhbərliyinizdə bir fırıldaqçı var. O, iddiasını sübut edəcək. Edə bilməzsə, alçaq və saxtakardır”, - nazir bildirib.
Qeyd edək ki, K. Kılıçdaroğlu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Man adasında şirkət qurduğunu və xaricə qeyri-qanuni pul köçürdüyünü iddia etmişdi.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın