Çörək istehsalı üçün nəzərdə tutulmuş unun tərkibində zülal çatışmır

Çörək istehsalı üçün nəzərdə tutulmuş unun tərkibində zülal çatışmır 

Başqa millətlərdən fərqli olaraq, xalqımız qidalanarkən daha çox çörək qəbuluna üstünlük verir. Bu bəzən digər xalqların nümayəndələrini belə təəccübləndirir. Hətta bizi bəzən qınayırlar da olur.

 Ölkə hüdudlarından kənarda belə hallarla qarşılaşan kifayət qədər vətəndaşlarımız var. Çörəyi çox yeyən millət olduğumuzdan bu gözəl nemətin ölkəmizdə də lazımi şəkildə standartlara uyğun istehsal etməliyik.

Təəssüf hissi ilə qeyd etməliyik ki, bəzən çörəyin içindən çox şeyin çıxdığının şahidi oluruq...Bir sözlə, gündəlik qida rasionumuzda xüsusi çəkisi və önəmi olan çörək istehsalında baş alıb gedən negativ hallar aradan hələ də qalxmır. Hətta bu səbəbdən son zamanlar insanlar arasında çörəkdən az istifadə və ya imtina kimi meyllərə rast gəlinir. Bunun başlıca səbəbi çörəyin həddindən ziyadə keyfiyyətsiz bişirilməsidir. İlk baxışdan isti halda aldığımız və yediyimiz çörəyin demək olar ki, tərkibinin 50%-i drojdur. Bu belə olmamalıdır. Bu da istehlakçıları aldatmaq üçün nəzərdə tutulan pis vərdişdir.

Çörəyin çəkisini normaya uyğun etməyib, iri görünmək üçün normadan qat-qat artıq tərkibinə droj qatırlar. Çörəkdə normadan artıq drojun olması isə mədə turşuluğu yaradır, insanlarda çəkini artırır, onlarla xəstəliyə yol açır. Digər fikirlər isə ondan ibarətdir ki, çörək istehsalı ücun nəzərdə tutulmuş unun tərkibində zülalın normadan aşağı olması bir neçə saat sonra çörəyin ovxalanmasına səbəb olur. Bu da o deməkdir ki, hazırkı şəraitdə istehsal olunan çörəyin 30-40%-i qida üçün nəzərdə tutulmuş undan hazırlanmır.

Vəziyyətin nə vaxt düzələcəyini isə bir olan Allah bilir. Bilinən odur ki, çörək istehsalı işi ilə son zamanlar bir neçə iri çinli oliqarx nazir də məşğul olur. Hesab edirik ki, çörək istehsalı ilə bağlı məsələyə qanunda dəyişiklik edib üzərində dövlət nəzarəti saxlanılmalıdır.

 

Fuad İsgəndərov

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi