Deputat aztəminatlı ailələrlə görüşüb- Ülvü Quliyev son illər nədənsə...
15 saylı Yasamal Birinci seçki dairəsindən deputat seçilən Ülvi Quliyev Novruz bayramı münasibətilə təmsil olunduğu ərazidə bir qrup seçici ilə görüşüb.
Faktinfo.az xəbər verir ki, Ü.Quliyev bayram münasibətilə seçicilərini təbrik edib, onlara qarşıdan gələn bayram münasibətilə uğurlar arzulayıb. Daha sonra yüzə yaxın aztəminatlı ailəyə ət, düyü, un, qənd və digər ərzaq məhsulları paylatdırıb, bəzi şəxslərə müəyyən miqdarda maddi köməklik də göstərib.
Faktinfo.az-ın əldə etdiyi məlumatda o da bildirilir ki, millət vəkili 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramında da aztəminatlı seçiciləri ilə diqqət çəkmədən görüşübmüş.
Ümumiyyətlə,Ü.Quliyev son illər nədənsə bu cür işləri ictimailəşdirmədən həyata keçirir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın