Deputat Könül Nurullayevanın təşəbbüsü ilə işçi qrupu yaradıldı

Deputat Könül Nurullayevanın təşəbbüsü ilə işçi qrupu yaradıldı -Tənha insanlar haqqında işçi qrupuna...

Dünya ölkələri yeni bir çağırışla üz-üzə, insanlar isə həyati əhəmiyyət kəsb edən bir sınaq qarşısındadır. Yeni növ koranavirus-COVİD-19 qlobal təhlükə kimi hamımızı təhdid edir.

Dünyanı bürüyən pandemiya həm də yer kürəsinin insanlarını, o cümlədən bizim hamımızı birləşdirən dəyərləri sınağa çəkir.

ÜST-ün qərar və tövsiyyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə epidemioloji, tibbi profilaktik və müalicə tədbirlərin həyata keçirilməsi üçün qəbul edilən qərarlar və onların operativ həyata keçirilməsi sahəsində dövlətimiz tərəfindən əhəmiyyətli işlər görülür.

Faktinfo.az verilən məlumata görə,yuxarıda qeyd olunanları nəzərə alaraq Bakı şəhəri Nizami rayonundan Milli Məclisə millət vəkili seçilmiş Könül Nurullayevanın təşəbbüsü ilə “Deputat Qərargahında” koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq, ərazidə yaşayan insanları narahat edən məsələləri operativ şəkildə həll edilməsinə köməklik göstərmək üçün İşçi qrupu yaradılmışdır.

Nizami rayonunda yaşayan aktiv vətəndaşlardan xahiş olunur ki, bizim təşəbbüsə qoşularaq xüsusi ilə ətrafımızda, qonşuluqda yaşayan tənha, kimsəsiz və qayğıya ehtiyacı olan insanlar haqqında işçi qrupuna məlumat versinlər.

Bu təşəbbüsdə könüllü olaraq iştirak etmək istəyi olanlar bizimlə əlaqə saxlasınlar.

Aktiv telefonlar

Şəhər nömrəsi 012-422-22-41

Mobil nömrə: +994552762375

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər