Deputat Nizami rayon sakinləri ilə növbəti görüşünü keçirib

Deputat Nizami rayon sakinləri ilə növbəti görüşünü keçirib - FOTOLAR

Deputat Könül Nurullayevanın keçirdiyi növbəti səyyar görüş çərçivəsində Nizami rayon sakinləri tərəfindən səsləndirilən problemlərin həlli istiqamətində müvafiq addımlar atıldı.

Avqustun 5-də millət vəkili K.Nurullayeva Nizami Rayon İcra Hakimiyyətinin aparatı və Rayon Təsərrüfatı Şöbəsinin Müdiri Tariyel müəllim ilə birgə Q.Qarayev küçəsi 71, 73 və R.Rüstəmov küçəsi 74, 80 ünvanlarında yaşayan Nizami rayon sakinləri ilə görüş keçirib, onların təklif və problemlərini dinləyib və vətəndaşların rastlaşdığı gündəlik problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar veriblər.

Faktinfo.az xəbər verir ki,səsləndirilən müraciətlər arasında binaların yararsız vəziyyətə düşmüş dam və fasad örtüklərinin yenilənməsi, işıqlandırma sistemlərinin quraşdırılması, R.Rüstəmov küçəsində yerləşən mövcud şəhid abidəsinin xatirə lövhəsinin yenidən təmiri və həyətyanı sahələrdə abadlıq-quruculuq və yaşıllaşdırma işlərinin aparılması ilə bağlı şikayət və təkliflər yer almaqdadır.

Həmçinin, səyyar qəbul çərçivəsində Q.Qarayev küçəsi 71, 73 ünvanında yerləşən yeni salınmış “abad məhəllə” sakinləri ilə görüş keçirildi və onların sosial problemlərinin həlli istiqamətində  görülən işlərin bundan sonra da davam etdirilməsinin zəruriliyi millət vəkili K.Nurullayeva tərəfindən qeyd olundu.

Görüş sonu sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağı və qeyd olunan problemlərin həlli istiqamətində müvafiq addımların atılacağı seçicilərin diqqətinə çatdırılıb.

Deputat Nizami rayon sakinləri ilə növbəti görüşünü keçiribDeputat Nizami rayon sakinləri ilə növbəti görüşünü keçiribDeputat Nizami rayon sakinləri ilə növbəti görüşünü keçiribDeputat Nizami rayon sakinləri ilə növbəti görüşünü keçiribDeputat Nizami rayon sakinləri ilə növbəti görüşünü keçiribDeputat Nizami rayon sakinləri ilə növbəti görüşünü keçiribDeputat Nizami rayon sakinləri ilə növbəti görüşünü keçiribDeputat Nizami rayon sakinləri ilə növbəti görüşünü keçirib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi