Deputat: “Tutaq ki, Mübariz Mənsimov Əfqanıstanda əsgər olmayıb, aşbaz olub, nə olsun, nə qəbahət var ki?!”

Deputat: “Tutaq ki, Mübariz Mənsimov Əfqanıstanda əsgər olmayıb, aşbaz olub, nə olsun, nə qəbahət var ki?!” 

“Mübariz Mənsimovun siyasi iddiasının olduğunu hesab etmirəm.

 Sadəcə olaraq, digər milyarderlərdən fərqli olaraq, Mübariz Mənsimov Vətənə bağlı adamdır. Hər nə etsə, Azərbaycana bağlılığı olur. O, neçə gəmiyə Azərbaycana məxsus şərəfli adlar verib, neçə insana köməklik göstərib. Axı başqa milyarderlər bunları etmirlər. Başqa məsələdir ki, onun Rusiya və Türkiyə dövlətləri, eyni zamanda, ayrı-ayrı biznesmenlərlə münaqişəsi ola bilər. Mən bu barədə şərh edə bilmərəm, çünki istintaq araşdırmasıdır”.

 Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 Deputat qeyd edib ki, Mübariz Mənsimov digər milyarderlərdən - Vahid Ələkbərovdan, Telman İsmayılovdan, Araz Ağalarovdan fərqli olaraq Azərbaycan xalqına daim kömək edib: “Elə bu yaxınlarda bir neçə gəmiyə şəhidlərin adını verdi. Azərbaycan üçün çalışanda da deyirlər ki, siyasi iddiası var. Həmçinin, nəzərə almaq lazımdır ki, Mübariz Mənsimov həm Türkiyə, həm də Azərbaycan vətəndaşıdır. Yəni, ikili vətəndaşların siyasi iddiası ola bilməz. Misal üçün, Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı üzə çıxdı və belə bir iddiası olmadı. Sadəcə olaraq, kimlərsə Mübariz Mənsimovu gözdən salmaq istəyirlər.

Tutaq ki, o, Əfqanıstanda əsgər olmayıb, aşbaz olub. Nə olsun, burada nə qəbahət var ki?! Ömrümdə bircə dəfə bu adamla “salam-sağ ol” etməmişəm, münasibətim yoxdur, amma ədalətli olmaq lazımdır. Özümüzə kömək edənlərə də lazım olmayan epitetlər qoşuruq. Mənim onun şəxsiyyətinə böyük hörmətim var. Hər zaman əzab-əziyyət çəkməsinə, həbslərdə yatmasına baxmayaraq, Azərbaycana bağlılığını itirməyib. Mübariz Mənsimov böyük-kiçik yeri biləndir. Onun ata-anasına qoyduğu hörməti dəfələrlə görmüşəm, necə onlara itaət edir. Ona görə də Mübariz Mənsimov haqqında deyilənləri iftira hesab edirəm”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi