“Diqlas” qəsdən yandırılıb – Şok iddia
"Diqlas" bilərəkdən yandırılıb.
Bu barədə ehtimalı musavat.com irəli sürüb.Sayt yazır ki, "Diqlas" bilərəkdən də yandırıla bilərdi. Səbəb ölkədə sosial narazılıq, xof və gərginlik mühiti yaratmaqdır. Yanan ticarət mərkəzində milyonlarla mal külə dönüb. Xeyli sahibkar bundan ziyan görüb. Onların sığorta və sair başqa adlarla bəzi tələblərdə bulunacaqları istisna edilmir. Son aylar ölkə prezidentinin sosial-iqtisadi sahələrə aid verdiyi xeyli sərəncam və fərmanlar əhali tərəfindən rəğbətlə qarşılanır. Prezident xalqla hakimiyyət arasında olduqca isti münasibət yaradıb, ardıcıl təmaslar qurub. Bunun da nəticəsində sosial narazılıqlar xeyli azalıb. Hökumətin işinin yaxşı getdiyi bir vaxtda bu cür hadisənin olması ustər-istəməz bəzi şübhələrə yol açıq. Ona görə də bəzi ekspertlər "Diqlas"ın qəsdlə yandırıldığını istisna etmirlər. Bu məsələdə də əsas şübhələr ticarət mərkəzinin sahiblərinin üstünə gedib çıxır. Xatırladaq ki, 2015-ci ilin may ayında 8-ci mikrorayonda yaşayış binasının yanmasından sonra qəsd versiyası ortaya çıxmışdı. Bu məsələdə də əsas şübhələr həmin vaxt dövlət rəhbərliyinin gözündən düşmüş Eldar Mahmudovun üzərinə tuşlanmışdı.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın