Direktora iki maddə ilə cinayət işi açıldı –Elinanın intiharı ilə bağlı
162 saylı orta məktəbdə intihar edən Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib.
Qafqazinfo.az xəbər verir ki, S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ittiham olunur.
Dünən təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün prokurorluğun təqdimatına baxılıb.
Səbail rayon məhkəməsinin hakimi Anar Tanrıverdiyev məhkəməni təxirə salıb. Sabiq direktor barəsində bu gün qərar qəbul ediləcək.
Qeyd edək ki, hadisədən sonra Təhsil naziri Ceyhun Bayramovun əmri ilə məktəb direktoru, müavini və psixoloq işdən çıxarılıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın