DOLLAR 1.45-1.55 MANATA QƏDƏR UCUZLAŞA BİLƏR! –

DOLLAR 1.45-1.55 MANATA QƏDƏR UCUZLAŞA BİLƏR! – Əgər Mərkəzi Bank istəsə…

İki ardıcıl devalvasiyadan sonra böyük zərbə alan Azərbaycan iqtisadiyyatı və milli valyutası hələ də qeyri-müəyyənlikdən tam qurtula bilməyib.

Bunun nəticəsidir ki, hökumətin və Mərkəzi Bankın stabilliklə bağlı bütün bəyanatlarına, rəylərinə baxmayaraq, ölkənin biznes və maliyyə strukturları, həmçinin əhali hələ də manatın taleyinə ehtiyatla yanaşır.

Bu səbəbdən, məsələn, əsas aparıcı banklar əhalidən dollar depozitlərini illik cəmi 0.1-1 faiz civarında qəbul etdikləri halda, manatla depozitləri 10 faizin ətrafında götürürlər. Bu, o deməkdir ki, manatın taleyilə bağlı qeyri-müəyyənlik qalır və banklar dollarla depozit qəbul etməkdə bir o qədər maraqlı görünmür. Çünki onlar devalvasiya baş verəcəyi təqdirdə, böyük ziyanla qarşılaşa bilərlər. Əhali isə manatla depozit yatırmaqda maraqlı deyil, hətta faiz yüksək olsa da belə. Bunun nəticəsidir ki, əhalinin banklardakı depozitləri son aylarda 150 milyon manata qədər azalıb.

Mərkəzi Bankın rəhbərinin üzən məzənnəyə keçidlə bağlı çoxsaylı bəyanatları, açıqlamaları isə ironiya mənbəyi olmaqdan başqa heç bir effekt vermədi. Və faktiki olaraq, yenə də manatın məzənnəsini real bazar, iqtisadiyyat yox, məhz Mərkəzi Bank müəyyənləşdirir.

1556267229_bank

Bəs manat doğrudan da sərbəst buraxılsaydı, məzənnəni bazar müəyyən etsəydi hazırda milli valyutanın kursu necə olardı? AzPolitika.info xatırladır ki, bir çox müstəqil ekspertlər hazırkı durumda manatın real bazar kursunun daha yüksək olacağını, 1 ABŞ dollarının 1.7 manat deyil, 1.5 manat civarında dəyişdirilə biləcəyini düşünürlər.

Məsələn “Finans.az”-a açıqlama verən iqtisadçı-ekspert Elman Sadıqov deyib ki, əgər Mərkəzi Bank üzən məzənnəyə keçsə, dolların məzənnəsi 1,45-1,55-ə düşəcək: “İlkin olaraq bu hamını sevindirsə də, sabah neftin qiymətində volatillik dolların sıçramasına səbəb olacaq. Bu zaman bank sektoru, insanlar, o cümlədən idxal-ixrac sektoru bu ciddi sıçrayışlardan zərərlər görə bilərlər. Bu səbəbdən Mərkəzi Bank valyuta ehtiyatlarını artırır, nisbi stabillik var, ixracatçılar da öz işlərini kursa uyğun planlaşdırır. Dolların kursunun artması üçün təzyiq yoxdur, əksinə, dollar təklifi çoxdur. Həm tədiyyə, həm də ticarət balansında profisit var. Dolların kursunun aşağı salınması maliyyə sektoruna, ticarətçilərə və xalqa gələcəkdə böyük zərbə vura bilər. Kursu buraxmaq, tam üzən məzənnəyə keçmək lazımdır, təbiidir, amma bunun vaxtı var. Bunun üçün də müəyyən tədbirlər görülməlidir, infrastrukturda fərqli məsələlər həll olmalı, alt baza yaradılmalı, xüsusilə “kölgə iqtisadiyyatı” aradan qaldırılmalıdır, şəffaflıq təmin olunmalıdır.”

Göründüyü kimi, Mərkəzi Bank rəhbərliyinin də manatı sərbəst buraxa bilməməsi heç də təsadüfi deyil. Çünki neft və “kölgə iqtisadiyyatı” amili hələ də Azərbaycan iqtisadiyyatı üçün həlledici rol oynayır. Və neftin dünya bazarında qiymətinin tez-tez dəyişməsi milli valyutamızın taleyinə birbaşa təsir göstərir. Ona görə də, iqtisadiyyatımızın neftdən asılılığı, məmur oliqarxiyasının yaratdığı “kölgə iqtisadiyyatı” aradan qaldırılmayana, qeyri-neft sektoru sözdə deyil, real olaraq inkişaf etdirilməyənə qədər manat üzə bilməyəcək…

İqtisadiyyat Şöbəs

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər