Dolların faiz dərəcəsi azaldı, avro ucuzlaşdı

Dolların faiz dərəcəsi azaldı, avro ucuzlaşdı 

Dolların ucuzlaşması nə qlobal, nə də regional gündəmdədir.

Bunu iqtisadçı Vüqar Bayramov ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) ötən gün baza faiz dərəcəsini 0.25 faiz azaltması ilə bağlı qərarını şərh edərkən qeyd edib. O, FES-in sözügedən qərarındakı bir sıra vacib məqamlara diqqət çəkib:

“FES-in son qərarına rəğmən dollar həm Avropa, həm də əsas aparıcı Asiya valyutalarına nisbətən möhkəmlənib. Əvvəlla, investorlar 50 bənd azalmanın olacağını gözləsələr də, FES 25 bəndlə kifayətləndi. İkincisi, FES-in qərarı elan edən zaman yaydığı açıqlama valyuta bazarına birbaşa təsir göstərdi. Belə ki, FES yeni azalmaların gündəmdə olmadığını bəyan edib. Üçüncüsü, bir sıra mərkəz bankların, o cümlədən Avropa Mərkəzi Bankının yeni uçot stavkası azalmaların olacağı ilə bağlı bəynatı da bazara təsir etməkdədir. FES-in qərarından sonra avro 1.10 dollara qədər ucuzlaşıb. Bunun digər səbəbi də Avropa Mərkəzi Bankının növbəti ayın 12-də ehtimal olunan stavka azalmaları ilə bağlıdır. Göründüyü kimi, dolların ucuzlaşması nə qlobal, nə də regional gündəmdədir. Ağ Evin təsir və təzyiqləri ilə reallaşan 25 bəndlik azalma da ABŞ pulunu ucuzlaşdırmayıb. Bu isə ondan xəbər verir ki, yığım vasitəsi kimi dollar yenə də ən az riskli valyuta hesab olunur”.

İqtisadçı manatın bundan sonrakı taleyi ilə bağlı məsələyə də münasibət bildirib:

“Manatın indiki məzənnəsinin qorunub saxlanmasında Mərkəzi Bankın mövcud müdaxiləsi yenə də həlledici olaraq qalır. Bununla belə, Mərkəzi Bank ilin sonuna doğru yeni ssenarilərə hazır olmalıdır. İlin sonunda dollara proqnozlaşdırılan tələb artımı fonunda manatın kursu həmçinin neftin dünya bazar qiymətindən və əsas qeyri-neft ixrac tərəfdaşlarımızdakı milli valyutaların məzənnəsindən asılı olacaq".

Qeyd edək ki, ötən gün ABŞ Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 0,25 faiz aşağı salıb. Bununla da FES 11 il sonra faiz dərəcəsini ilk dəfə aşağı salmış olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər