Dolların məzənnəsi gün ərzində 23 faiz bahalaşıb- Bu ölkədə
Ötən gün ərzində ABŞ dolları Venesuela bolivarına nisbətdə 23 faiz bahalaşıb.
Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda Venesuela Mərkəzi Bankının təyin etdiyi rəsmi mübadilə məzənnəsi 1 dolların 4,1 min bolivara nisbətindədir. Bu da aprelin 15-də olan məzənnə ilə müqayisədə 800 bolivar çoxdur. Venesuelada minimum əməkhaqqı 18 min bolivar – yeni məzənnə ilə 4,3 dollar təşkil edir.
Bolivar Respublikası son illər milli valyutanın devalvasiyası ilə müşayiət olunan kəskin sosial-iqtisadi böhran yaşayır. Bu ilin mart ayında ölkədə inflyasiyanın həcmi 1,62 milyon faizə çatıb.
Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, 2019 və 2020-ci illərdə Venesuelada qiymətlərin 10 milyon faiz bahalaşması gözlənilir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın