Ehtiyatlı olun, uzun müddətli dönər yemək...

Ehtiyatlı olun, uzun müddətli dönər yemək... 

Ölkədə “tezbazar” yemək kimi tanınan dönərlərin tərkibi, onlardan zəhərlənmə hallarının olması barədə dəfələrlə açıqlamalar verilib.

Faktinfo.az istehlakçıların diqqətinə çatdırır ki, uzun müddətli dönər yemək xərçəng xəstəliyinə tutulma riskini artırır. Çünki mütəmadi yeyilən dönər "tezbazar" yemək hesab edilir ki, bu da həzm yollarında ciddi fəsadlara yol açır. Mədə və bağırsaqda qastrit, mədə erroziyası, mədə xoralarının yaranmasına səbəb olur. Bu cür hallar da sonradan xərçəng xəstəiyinə tutulma riskini artırır.

Ölkədə “tezbazar” yemək kimi tanınan dönərlərin tərkibi, onlardan zəhərlənmə hallarının olması barədə dəfələrlə açıqlamalar verilib. Dönərxanaların antisanitar şəraitdə çalışması, mənşəyi məlum olmayan ətin həmin obyektlərə verilməsi, yeməyin təhlükəli şəraitdə hazırlanması və sair məsələlər qeyd olunub. Bununla bağlı aidiyyəti qurumlar bir neçə qərar da veriblər. Amma bu gün Azərbaycanda, xüsusən də paytaxt Bakıda və Bakıətrafı ərazilərdə satılan dönərlər bir müddət nəzarətə götürülsə də, problem həllini tapmayıb.Qadağan olunan ərazilərdə dönərlərin satılması, standartlara cavab verməyən aparatlarla hazırlanması halları davam etməkdədir.

Nəzərə alsaq ki,havaların isti keçdiyi aylarında zəhərlənmə halları daha çox olur, bu aylarda dönərxanalara daha ciddi nəzarət olunmalıdır. Amma təəssüflər olsun ki, hazırda bu nəzarət yaddan çıxıb.Azad İstehlakçılar Birliyinin sədri, tanınmış ekspert Eyyub Hüseynov da bu acınacaqlı vəziyyətdən narahatlığını dəfələrlə vurğulayıb. O, dönərxanalarda vəziyyətin həddindən artıq biabırçı olduğunu, bu sahədə qəbul olunan qanunların işləmədiyini deyib. Onun sözlərinə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dönərin standartlarını hazırlayıb. 

Standart AZS 103-2003 adlanır. Bu standartlara görə, Azərbaycan bazarında fəaliyyət göstərən dönərxanalar hazırlanmış dönəri gətirib bişirib satmalıdır. Bu sənəddə dönərin növləri də göstərilib. Standartlara görə, dönərlər qoyun və mal ətindən, qoyun, mal və dana ətinin qarışığından, toyuq ətindən, hind toyuğunun ətindən, toyuq və hind toyuğunun qarışığından hazırlanmalıdır. Burada dönərin hazırlanmasından saxlanmasına qədər hamısı nəzərdə tutulub.

Lakin,bu standartlar hazır olandan sonra dönərləri natəmiz şəraitdə saxlayan, daşıyan, dönərləri öz avtomobillərində natəmiz şəraitdə gətirən müəssisələr peyda oldu.

Hazırda Azərbaycanda qazla işləyən çoxlu sayda təhlükəli dönərxanalar var. O da sirr deyil ki, hazırda Azərbaycanda 15 minə yaxın dönərxana fəaliyyət göstərir. Bunların da hamısına nəzarət etmək çox çətin və müşkül bir məsəlidir.Bu səbəbdən havaların istiləşməsini nəzərə alaraq istehlakçılar özləri diqqətli olmalı,standartlara cavab verməyən dönərxanalardan uzaq durmalıdırlar.

Firidun Oruc

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər