Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məmuru özünə bahalı maşın aldı - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məmuru özünə bahalı maşın aldı - FOTO 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov özünə bahalı avtomobil alıb.

Bu barədə "Ecofront" məlumat yayıb.

 Məlumatda deyilir ki, Namik Xıdırov bir neçə aydır qiyməti 153 min manat (90 min dollar) dəyərində olan  təzə aldığı Toyota Land Cruiser avtomobilində gəzir.

 "Uzunmüddət və son zamanlar dövlət idarəetməsində işləyən bu orta ölçülü məmur məmur maaşı ilə bu maşını necə ala bilər? Bu maşının hər detalında bir ağacın haqqı var. Və AA dövlət nömrə nişanı bu şəxsi maşının üstündə nə gəzir? Və ya bu maşın büdcə çatışmazlığından qan ağlayan əksər işçiləri minimal əmək haqqı alan zavallı ETSN in büdcəsi ilə alınıb, şəxsi maşın kimi istifadə edilir.

 Xatırladım ki, bundan başqa Namik Xıdırov üçün ayrılmış Hundai Sonata markalı xidməti maşın da var. Amma O bu maşını bəyənmie və tez tez işə öz şəxsi maşını ilə gəlməkdən çəkinmir. 300-400 manat maaş alan işçilərin rəisi olaraq bunu etmək bir ayrı soyuqqanlılıqdır", - deyə məlumatda qeyd olunur.

 Namik Xıdırovun Meşələrin İnkişafı Xidmətinin binasının qarşısında çəkilmiş yeni avtomobilinin fotosunu təqdim edirik.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər