Ekspertin təklifi qəbul edildi: Nazirlikdən qərar

Ekspertin təklifi qəbul edildi: Nazirlikdən qərar 

Təhsil eksperti Kamran Əsədovun subbakalavrlar üçün təklif etdiyi dəyişiklik qəbul edilib.

Bu barədə ekspert özü məlumat paylaşıb. O bildirib ki, dəyişikliyə əsasən artıq subbakalavrlar ixtisas qrupları üzrə məhdudiyyət olmadan seçim edə bilərlər.

K.Əsədov təklifini nəzərə aldıqları üçün Təhsil Nazirliyinə, Dövlət İmtahan Mərkəzinə,Nazirlər Kabinetinə təşəkkür edib.

Qeyd edək ki, bundan əvvəl ekspert II turda boş qalan plan yerlərinin I,II və IV ixtisas qrupu üzrə çox qaldığını nəzərə alaraq, seçim edən bütün subbakalavrlara ixtisas məhdudiyyəti tətbiq etmədən istənilən ixtisası seçmək imkanı verilməsini təklif etmişdi.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi