Əli Həsənovun adamı hesab edilən Cəfər Cəfərovun rektor olduğu ADPU-nun Ağcabədi filialında qalmaqal -İlham Əliyevə müraciət
APU-nun Ağcabədi filialında baş verənlərlə bağlı tələbələr təhsil naziri Emin Əmrullayevə, ADPU-nun rektoru Cəfər Cəfərova, filialın direktörü Mobil Məcidova müraciət etsələr də, özbaşınalıq davam edir...
Azərbaycan Dövlət Pedoqoji Universitetinin Ağcabədi filialının bir qrup tələbəsi ölkə rəhbərliyinə müraciət edərək təhsil aldıqları universitetdə baş verən qanunsuzluq və özbaşınalıqlardan bəhs ediblər. “Youtebe” sosial şəbəkəsində yayımlanan videoçarxda tələbələr iddia edirlər ki, ADPU-nun Ağcabədi filialının dosenti Mahir Məhəmməd Hüseynov onları təhdid edərək rüşvət verməyə məcbur edir.
Tələbələr vurğulayırlar ki, dosent onları yüksək vəzifədə çalışan övladları ilə hədələyərək bildirir ki, onun arxasında güclü adamlar dayanır və rüşvət verməsələr, onların başına oyun açar. Unuiversitetdə baş verən özbaşınalıqlarla bağlı tələbələr filialın direktoru Mobil Məcidova məlumat versələr də, onların şikayətlərini dinləyən olmayıb.
Tələbələrin bildirdiyinə görə filialın rəhbərliyinin onları müdafiə etmək niyyətinin olmadığını gördükdən sonra baş verənlərlə bağlı Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban Əliyevaya, Təhsil naziri Emin Əmrullayevə, ADPU-nun rektoru Cəfər Cəfərova müraciət ediblər. Buna baxmayaraq dosent Mahir Məhəmməd Hüseynov hələ də onları təhdid edir. Tələbələr hətta həyatlarının təhlükədə olduğunu iddia edirlər və ölkə prezidenti İlham Əliyevə müraciət edərək ADPU-nun Ağcabədi filialında baş verən özbaşınalıqlarla bağlı məsul olan şəxslərin cəzalandırılmasını xahiş edirlər.
Tələbələrin videoçarxda yerləşdirdikləri səs yazısında dosent Mahir Məhəmməd Hüseynov yaxın günlərdə sanatoriyaya gedəcəyini bildirərək imtahana girəcək olan tələbəsindən rüşvət istəyir.
Qeyd edək ki, bir müddət əvvəl ADPU-nun Ağcabədi filialın direktoru Mətanət Fərzəliyeva müəmmalı şəkildə işdən çıxarılıb.Onun universitet rəhbərliyi tərəfindən şantaj olunaraq vəzifəsindən azad edilməsinə dair rayonda danışılıb.Mətanət Fərzəliyevadan sonra isə ADPU-nun Ağcabədi filialında özbaşnalıq,qanunsuzluq başlayıb.
Daha ətraflı videoda:
Bu xəbər üçün şərh yazın