Əli Mirəliyev: "Xəzər, Lider, ARB və ATV-də gey aparıcı" lar var
Evlənib, guya arvadı var, amma onun özünün də əri var.
Müğənni Əli Mirəliyev yerli telekanallardakı veriliş aparıcılarından danışıb. İfaçı kanallardakı aparıcılar haqqında sərt fikirlər səsləndirib.
Faktinfo.az metbuat.az-a istinadən verdiyi məlumata görə, o, bəzi kişi aparıcıları cinsi azlıq olmaqda ittiham edərək, onların evliliklərinin də reallıqdan uzaq olduğunu vurğulayıb:
“Bu gün bütün verilişləri aparan geylərdir. Baxın, bu gün kanallarda verilişləri aparan şəxslər geylərdir. Xəzər, Lider, ARB, ATV kimi kanallarda var. Baxın da, özünüz görmürsünüz kimlər geydi? Evlənib, guya arvadı var. Amma onun özünün də əri var. Bunlar camaatdan utanmır, efirə də çıxırlar. Bunları efirə qoymaq olmaz. Ona baxıb, cavanlar nə öyrənəcək?
Qəribə saqqal saxlayırlar, şalvarı rajokla çıxarırlar. Arxası pırtlayıb çıxıb, pencəyi dar geyinib.
Bu xalqımıza böyük ləkədir. Mən fikirləşirəm, nəvələrimlə belə adamlarla nə edəcəyik? Kim bunlarla mübarizə aparacaq? Pula görə hər şeyə gedirlər. Belə adamlarda vətənpərvərlik də ola bilməz. Vətənpərvərlikdən danışıb, geyləri efirə buraxırlar”.
Bu xəbər üçün şərh yazın