Ərdoğan ABŞ-dan qayıtmaya bilər? – Maykl Rubin
Türkiyədə hərbi çevrilişə cəhd ediləcəyini əvvəlcədən yazan keçmiş Pentaqon rəsmisi, ABŞ Hərbi Donanması Akademiyasında çalışan analitik Maykl Rubin sosial mediada Prezident Rəcəb Tayyib Ərdoğanı təhdid edib.
Tvitterdə “Ərdoğanın Türkiyədən çıxması hazırkı durumda təhlükəli ola bilərmi? Onun geri qayıtmamaq ehtimalı varmı?” yazıb.
“Odatv” portalı onun bu sözlərini təhdid kimi qiymətləndirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 16-da Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın