Ərdoğan Kılıçdaroğlu ilə görüşən ABŞ səfirinə: "Ayıbdır, bir az başını işlət"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdə əsas rəqibi olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ilə görüşən ABŞ səfirini sərt tənqid edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
“Amerikaya bu seçkilərdə bir az dərs verməliyik. Co Bayden ordan danışır. Baydenin burdakı səfiri nə edir? Gedir Kamalı ziyarət edir. Ayıbdır, bir az başını işlət. Sən səfirsən. Sənin burda əlaqəli olduğun şəxs prezidentdir. Sən bundan sonra hansı üzlə prezdentlə görüş istəyəcəksən? Bizim qapılar bağlandı ona, bir daha görə bilməyəcəksən. Niyə? Həddini bilməlisən.
Səfir olaraq vəzifəni bilməlisən. Bir səfir necə çalışır, bunu öyrənməlisən. Bunu öyrənmədiyin təqdirdə, bu qapı hər yoldan keçən üçün deyil, girə bilməzsən. Onun üçün də, inşallah, 14 may üçün hazırlaşırıq. Xüsusilə, 6 milyondan çox gəncimiz var. Bu gənclərimizin seçkilərdəki qərarı çox önəmlidir”, - Ərdoğan deyib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın