Ərdoğan razılaşdı, Finlandiyanın üzvlüyü müzakirə ediləcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya ilə NATO-ya üzvlük ərizəsini müzakirə etməyə razılaşıb.
Bu barədə Ərdoğan özü jurnalistlərə açıqlamasında məlumat verib.
O qeyd edib ki, danışıqlar sabah, mayın 21-də keçiriləcək.
Ərdoğan bildirib ki, o, artıq Niderland Baş naziri Mark Rutte ilə NATO-nun genişlənməsi barədə danışıb. Sabah Türkiyə prezidentinin Böyük Britaniya ilə də görüşü olacaq. Lakin danışıqların dövlət başçıları səviyyəsində baş tutub-tutmayacağı hələlik məlum deyil.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın