Ərdoğan razılıq verdi, İsveç üçün tarixi bir gündür
Türkiyə prezidenti İsveçin NATO-ya üzvlük ərizəsini ratifikasiya üçün ən qısa zamanda Türkiyə parlamentinə təqdim edəcəyinə söz verib.
Bu sözləri NATO Baş katibi Yens Stoltenberq Türkiyə prezidenti və İsveçin baş naziri ilə görüşündən sonra deyib.
“Prezident Ərdoğanın İsveçin NATO-ya qəbulu üçün sənədin Türkiyə Böyük Millət Məclisinə göndərilməsinə razılıq verdiyini elan etməkdən məmnunam. Bu, tarixi bir gündür”, - o bildirib.
Stoltenberqin sözlərinə görə, görüşdə terrorizmlə mübarizə və silah embarqosunun ləğvi də daxil olmaqla, əvvəllər əldə edilmiş bütün razılaşmaların necə həyata keçiriləcəyi ilə bağlı ümumi anlaşma əldə olunub.
Eyni zamanda, Stoltenberq İsveçin ratifikasiya və yekun üzvlüyünün gözlənilən tarixini Türkiyənin açıqlayacağını bildirib.
Qeyd edək ki,ABŞ Prezidenti Co Bayden İsveçin NATO-ya qəbulu ilə bağlı Türkiyənin razılaşmasını alqışlayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın