Ermənistan ABŞ-la təlimlər keçirir, amma KTMT ilə keçirməkdən imtina edir -

Ermənistan ABŞ-la təlimlər keçirir, amma KTMT ilə keçirməkdən imtina edir - Rusiya XİN başçısı

Aqressiv NATO ölkəsinin Cənubi Qafqaza soxulmağa çalışmasında yaxşı heç nə yoxdur.

Bunu Hindistanda keçirilən G20 sammitinin yekunları ilə bağlı mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov sentyabrın 11-20-də keçirilməsi planlaşdırılan Ermənistan-ABŞ hərbi təlimlərinə münasibət bildirərkən deyib.

Sergey Lavrov qeyd edib ki, NATO ölkəsinin Cənubi Qafqaz regionuna soxulmağa çalışması heç kəs, o cümlədən Ermənistan üçün yaxşı deyil: "Amerikalıların dünyada yüzlərlə bazası var. Harada peyda olurlar, bu, heç bir yerdə yaxşılığa gətirib çıxarmır. Ən yaxşı halda, onlar həmin yerdə sakit oturur, çox vaxt isə siyasi proseslər daxil olmaqla hər şeyi özlərininkinə uyğunlaşdırırlar".

Rusiya XİN başçısı vurğulayıb ki, Ermənistan rəhbərliyinin fəaliyyəti Rusiyada təəssüf doğurur: “Biz bu barədə demişik. İrəvanın iki ildir ki, KTMT çərçivəsində təlimlərdən imtina etməsini nəzərə alsaq, Ermənistan və ABŞ arasında təlimlər qəribə görünür. Ermənistan tərəfi bunu onunla izah edir ki, əgər KTMT Azərbaycanı qınasaydı, Ermənistan KTMT-də işləyərdi. O zaman biz soruşuruq ki, bəs niyə Azərbaycanı qınamayan təmasda olduğunuz amerikalılar, avropalılar? Cavab verirlər ki, amerikalılar, avropalılar ki, bizim müttəfiqimiz deyillər, ona görə də siz qınamalısınız. Belə qəribə və adi məntiq..."

Lavrov ümid edir ki, Ermənistanın xarici siyasətində Rusiya qarşısında müttəfiqlik öhdəlikləri üstünlük təşkil edəcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər